image.jpg

Derginin Adı: Avrasya Uluslararası Araştırmalar Dergisi
Cilt: 2012/1
Sayı: 2
Makale Başlık: NİZAMİ GƏNCƏVİNİN «YEDDİ GÖZƏL» POEMASINDA KAMİLLƏŞMƏ MODELİNİN ŞƏRHİ
Makale Alternatif Dilde Başlık: Alternatif dilde başlık bulunmamaktadır. There is no article title in another language.)
Makale Eklenme Tarihi: 26.02.2013
Okunma Sayısı: 1
Makale Özeti: Nizami yaradıclığında, o cümlədən “Yeddi gözəl” poemasında təsəvvüfi motivləri geniş şəkildə müşahidə olunur. Lakin bu motivlərdən istifadə şairin yaradıcılığını bütöv şəkildə təsəvvüfi-irvani görüşlərin təcəssümü hesab etməyə imkan vermir. Ona görə ki, Nizami görkəmli mütəfəkkir filosof idi. Bütün tədqiqatçıların təsdiq etdiyi kimi, XII əsr Şərq və Azərbaycan intibahını yaradan və onun bütün ideya-estetik ağırlığını çiyinlərində daşıyan Nizamini özünəqədərki mədəni irsin bütün mütərəqqi ideyaları cəlb etsə də, o öz yaradıcılığında məqbul bildiyi ideyalardan istifadə edirdi. Sufizm də özünün mütərəqqi ideya və motivləri ilə Nizami üçün cəlbedici fikir qaynağı idi. Şair bu qaynağa biganə qalmamış, sufi ideya və motivlərindən istifadə etmişdir. Lakin müşahidələr göstərir ki, Nizami sufizmdən yaradıcı şəkildə istifadə etmişdir. Yəni süfi görüşləri ona öz ideyalarıını vermək üçün bir vasitə rolunu oynamış, şair heç vaxt sufi ideyalarının tam təsiri altına düşməmişdir. «Xəmsə»də təsəvvüfdən istifadənin əsərdən-əsərə fərqli şəkildə təqdim olunması, sonuncu poemada – «İsgəndərnamə»də Nizaminin artıq sufizmdən, demək olar ki, yerli-dibli istifadə etməməsi də sənətkarın sufizmə yaradıcı yanaşdığını göstərir.
Alternatif Dilde Özet: Alternatif dilde abstract bulunmamaktadır. (There is no abstract in another language.)

PDF Formatında İndir

Download PDF